00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Qarakəndli Anuşun təbəssümü - Vahid Qazi yazır
Tarix: 16-12-2020 12:42 | Bölmə: Xəbərlər

Ağdamın taksi sürücülərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində dost-tanışları olardı. Şəhərin dəmir yol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən lap dostluq səviyyəsinəcən çatırdı. Hələ Xankəndiyə dəmir yol çəkilməmişdən qabaq Ağdamda qatardan düşən ermənilər öncə göz-göz eləyib tanış sürücü axtarardılar. Bazarlığa gələnlərsə əvvəlcədən geri qayıdacaqları tanış sürücüylə vədələşirdilər.
Atamın da belə erməni tanışları az deyildi. Qarakəndli Rubenlə isə xüsusi münasibəti vardı. Ruben hər dəfə İrəvana gedəndə atama xəbər edərdi. Uzaq şəhərlərə müştəri düşəndə atam taksini həyətdə saxlayar, öz “Jiquli”sini sürərdi.
Bir gün dərsdən çıxanda atamın taksisini bazarın qabağında gördüm. Soruşub eləmədən mindim ki, gedəndə məni də evə düşürsün. Sən demə, atam, onun diliylə desəm “klent” gözləyirmiş. “Yemişcana iki “kletn” var, istəyirsən, bir yerdə gedək, qoyaq qayıdaq”.
Çox çəkmədi yaşlı ər-arvad xeyli bazarlıqla gəldilər. Yol boyu atamla söhbətlərindən bildim ki, çoxdanın tanışlarıdılar. Erməni olsalar da elə bizim ləhcədə danışırdılar. Füzuliyə tərəf xeyli gedəndən sonra maşınımız sola buruldu, üzü yuxarı meşəli dağa sarı yol aldı. Onları evlərinə qoyub qayıdanda atam yolüstü Qarakəndə döndü. “Rubenə bir salam verək gedək. Həm də görək tut arağından, çaxırdan nəyi var”.
Həyətdə bizi Rubenin arvadı Anuş qarşıladı. Qollarını yana açıb atamı elə bərk qucaqladı, üzündən elə öpdü ki, neçə ay Bakıda xəstə yatıb evə dönəndə heç anam onu belə qarşılamamışdı. Açığı, onun bu hərəkətindən xoşum gəlmədi. Qısqanclığa bənzər bir hiss idi. Bəs necə, yad arvad atamı qucaqlayıb öpürdü.
Onun bizi evə dəvətini atam qəbul eləmədi, Ruben evdə deyil. “Rubeni neynirsən, mən ki evdəyəm. Yeməyim də var, araq da, çaxır da”, - deyib atamın qoluna girdi, mehriban-mehriban evə tərəf çəkdi. Atam onun xoş inadı qarşısında sınmadı. “Yemişcana klent gətirmişdim, dedim dönüm bir salam verim. İndi işim var, başqa vaxt Ruben evdə olanda gələrəm”.
Evin kişisi evdə olmadığına görə atam içəri keçmədi və biz geri qayıtdıq.
***
Qarabağ separatçılarının başçıcı Araik Arutunyanla Rusiyanın adına “sülhməramlı” deyilən qoşunlarının komandanı Rüstəm Muradovun isti qucaqlaşma fotosunda Araikin gülər üzündəki təbəssümü o vaxt atamı qucaqlayan Anuşun şeytani təbəssümünün eynidi.

Mən çox ölkələr gəzmişəm, müxtəlif xalqların nümayəndələriylə təmasda olmuşam. Odur ki, ürəklə deyə bilərəm: qadın, ya kişi fərq eləməz, dünyanın ən qılıqlı xalq ermənidir. Onların işi düşəndə pişiklənmək qabiliyyəti, delikates ev yeyəcəklərindən süfrəsi, şirindil qadınları qarşısında hər özündən deyən kişi duruş gətirməz.
Yaşlı qarabağlılar xatırlayır ki, hər “vurub-tutan” oğlanın, kişinin Xankəndidə, erməni kəndlərində xanım “dostu” vardı. 1988-ci ildə hadisələr təzə başlayanda Ağdamdakı mitinqlərin birində Xuraman Abbasova boş yerə üzünü kişilərə tutum deməmişdi: “O baş qaldıranlar sizin balalarınızdı. Zəhmət çəkin, gedin dərslərini verin”.
Bunları niyə yazıram?
Arutunyanın rus generalını elə qucaqlaması sizə təəccüblü gəlməsin. Biz belə qucaqlaşmaları sovet dövründə çox görmüşük. Ermənilər o generalları, lap əsgərləri də, tut arağıyla, çoşka kababıyla, qılıqbaz arvadlarla elə tovlayacaqlar ki, ömürləri boyu ordan çıxmaq istəməyəcəklər.
Odur ki, nə qədər məsti-xumar olmayıblar o rus ordusunu Qarabağdan çıxarmaq haqda ciddi-ciddi düşünməliyik.
***
Bir də onu deyim ki, indi ta yazıq Anuşu qınamıram. Mənim əzik-üzük sifətimə baxmayın, atam yaraşıqlı kişi idi.
Vahid QAZİ
16 dekabr 2020
Bölməyə aid digər xəbərlər

Dünən, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
Dünən, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Dünən, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
Dünən, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
Dünən, 13:38
Prezident Ərdoğan Qətərə gedib
Dünən, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
Dünən, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
Dünən, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
Dünən, 09:34
Bakıda mənzildən meyit tapılıb
Dünən, 08:57
Xəzər dənizində zəlzələ baş verib
Dünən, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
Dünən, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
Dünən, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
12-09-2025, 23:44
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
12-09-2025, 22:10
Salyanda 62 yaşlı kişi güllələnib
12-09-2025, 17:40
Xocalının daha iki kəndinə köç olacaq
12-09-2025, 17:01
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
12-09-2025, 16:55
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
12-09-2025, 15:33
Qobustanda şəhidlə vida mərasimi olub
12-09-2025, 14:49
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
12-09-2025, 14:45
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
12-09-2025, 13:13
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12-09-2025, 12:46
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12-09-2025, 12:00
Ekspert naziri debata çağırıb
12-09-2025, 11:06
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
12-09-2025, 10:53
Azərbaycanda əhalinin sayı açıqlanıb
12-09-2025, 08:54
Odessa və Sumidə partlayışlar baş verib
12-09-2025, 08:02
Belçika Rusiya diplomatlarını xəbərdar edib
12-09-2025, 07:56
Culfadakı yol qəzasında 4 nəfər ölüb
12-09-2025, 00:28
İki ölkə Polşaya döyüş təyyarələri göndərir
12-09-2025, 00:04
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
11-09-2025, 17:57
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
11-09-2025, 17:27
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
11-09-2025, 16:26
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
11-09-2025, 16:23
Konstitusiya Məhkəməsinə Aparat rəhbəri təyin olunub
11-09-2025, 15:15
Ankara şəhərində zəlzələ olub
11-09-2025, 15:06
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
11-09-2025, 12:19
MİQ imtahanı üçün ödəniş yüksək olmayacaq
11-09-2025, 12:03
Ukrayna kəşfiyyatı Rusiya gəmisini vurub
11-09-2025, 08:40
ABŞ və Yaponiya ən böyük birgə təlimlərə başlayır