“Azəriqaz”dan sayğacların sıfırlanması ilə bağlı - Açıqlama
Tarix: 07-01-2022 11:42 | Bölmə: Xəbərlər
“Azəriqaz”dan sayğacların sıfırlanması ilə bağlı - Açıqlama

“Azərbaycanda qaz sayğaclarının sıfırlanması ilə bağlı 104 Çağrı Mərkəzinə 144 min müraciət daxil olub”.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib.

“İnsanlarda müəyyən qədər yanlış fikir formalaşıb. Abunəçilərin yalnız 30%-i bizə müraciət edəndə sayğacın şəklini göndərmişdi. Şəkil göndərənlərin də bir hissəsi smart sayğaclara malikdir. Paralel olaraq əməkdaşlarımız da sayğacların oxunub-sııfırlanmasını həyata keçirir. Bəzən mənzilə və yaxud evə yaxınlaşanda abunəçi evdə olmur. Biz məhz bu abunəçiləri nəzərə alaraq şəkil göndərmələrini xahiş etmişik”, - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər