Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
Tarix: 15-07-2025 18:03 | Bölmə: İqtisadiyyat
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb

Bu ilin iyun ayında Azərbaycanda orta gündəlik neft hasilatı 464 min barel təşkil edib.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı may ayının səviyyəsində qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, iyun ayında faktiki hasilat kvotadan 87 min barel aşağı olub.

Ötən il Azərbaycanda orta gündəlik neft hasilatı 482 min barel təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər