Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
Tarix: 15-07-2025 17:37 | Bölmə: Dünya
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib

İsrail və ABŞ-nın İrana hücumları 120-dən çox ölkə tərəfindən pislənib.

Reyting.az
“Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən iclasından əvvəl bildirib.

Qeyd edək ki, A. Əraqçinin Çinə səfərinin məqsədi Çin hökumətinin təşəbbüsü ilə sabah Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 25-ci iclasında iştirak etməkdir.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin geniş spektrini həll etmək üçün regional çərçivədən kənara çıxaraq qlobal təsirini durmadan genişləndirir.

“Vurğulamalıyam ki, İsrail və ABŞ-nın İrana və onun dinc nüvə obyektlərinə hücumları demək olar ki, bütün beynəlxalq və regional təşkilatlar tərəfindən pislənilib, 120-dən çox ölkə İran İslam Respublikasına həmrəylik və dəstək ifadə edib”,- deyə Əraqçi əlavə edib.

Xarici işlər naziri deyib ki, ŞƏT də bu hücumları pisləyib və təqdirəlayiq bəyanat verib.

“Bu məsələ, şübhəsiz ki, sabah keçiriləcək ümumi sessiyalarda yenidən müzakirə olunacaq və mən sammitdəki rəsmi çıxışımda bu barədə ətraflı məlumat verəcəyəm”, - deyə o, yekunlaşdırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər