Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
Tarix: 15-07-2025 14:21 | Bölmə: Cəmiyyət
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər