Astana və Pekin əməkdaşlıqdan məmnundur
Tarix: 16-07-2025 08:39 | Bölmə: Dünya
Astana və Pekin əməkdaşlıqdan məmnundur

Qazaxıstan və Çinin xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın perspektivləri barədə razılığa gəliblər.

Reyting.az
“Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, Qazaxıstan Xarici işlər naziri Murat Nurtleu ŞƏT-nın iclasları çərçivəsində Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq İ ilə görüşüb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər Qazaxıstan–Çin əməkdaşlığının geniş spektrini, o cümlədən siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən məmnun olduqlarını bildirib və perspektiv məsələləri müzakirə ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər