09:01 / 29-05-2025
İlon Mask sabotaja əl atıb
Daha bir TV-yə yayım lisenziyası verilib
Tarix: 20-12-2022 19:44 | Bölmə: Xəbərlər
Daha bir TV-yə yayım lisenziyası verilib

Bu gün Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC-nin Şuraya daxil olmuş müraciətinə baxılıb.

Reyting.az
xəbər verir ki, müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: Təhsil TV) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.

İclasda, həmçinin ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar verilib.




Bölməyə aid digər xəbərlər