Turqut Özalın oğlu yeddi partiyanın prezidentliyə namizədi olub
Tarix: 17-03-2023 23:39 | Bölmə: Xəbərlər
Turqut Özalın oğlu yeddi partiyanın prezidentliyə namizədi olub

7 partiyanın birləşdiyi Türkiyə ittifaqının prezidentliyə namizədi ölkənin sabiq prezidenti Turqut Özalın oğlu Əhməd Özal olub.

Reyting.az
xəbər verir ki, Anadolu Birliyi Partiyası, Müstəqil Cümhuriyyət Partiyası, Osmanlı Partiyası, Texnologiya İnkişaf Partiyası, Vətənpərvərlər Partiyası, Yeni Vətən Partiyası və Yeni Yol Partiyasının yaratdığı ittifaq üzvləri bu gün görüşüblər.

Əvvəllər 10 partiyanın iclasa qatılacaı deyilsə də, son anda 3 partiya Turqut Özalın oğluna dəstəkdən imtan edib.

Beləliklə, 7 partiyanın birləşdiyi ittifaq Əhməd Özalın prezident seçilməsi üçün mayın 14-də "tər tökəcək".

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}