Çempionlar Liqasının ilk qolunu Messi vurdu
Tarix: 18-09-2018 23:56 | Bölmə: Xəbərlər
Çempionlar Liqasının ilk qolunu Messi vurdu

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, B qrupunda mübarizə aparan “Barselona” öz meydanında PSV Eyndhovenlə qarşılaşıb.

Kataloniya klubunun argentinalı hüçumçusu Lionel Messi 32-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb. Bu, Çempionlar Liqasının 2018/19-cu il mövsümündə də ilk qol olub.

Qrupda təmsil olunan “İnter”-“Tottenhem” görüşündə isə hələ ki hesab açılmayıb.

Bakı vaxtı ilə saat 23:00-da daha üç qrupda ilk oyunlar baş tutacaq.

A qrupu

“Brüqqe” – “Borrusiya” (Dortmund)

“Monako” – “Atletiko” (Madrid)

C qrupu

“Srvena Zvezda” – “Napoli”

“Liverpul” – PSJ

D qrupu

“Qalatasaray” – “Lokomotiv” (Moskva)

“Şalke” – “Porto”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}