Jurnalisti öldürməkdə şübhəli bilinən oğlanın anası danışdı
Tarix: 11-10-2018 18:36 | Bölmə: Cəmiyyət
Jurnalisti öldürməkdə şübhəli bilinən oğlanın anası danışdı


Almaniyada saxlanılan Bolqarıstan vətəndaşı Severin Krassimirov öz ölkəsində son illərin ən səs-küylü hadisəsi kimi qəbul olunan 30 yaşlı televiziya jurnalisti Viktoriya Marinovanı qətlə yetirdiyini etiraf edib.


Reyting.az bildirir ki, bunu Bolqarıstan KİV-lərinə şübhəlinin anası söyləyib.

“O deyir ki, içkili olub və hansısa ad günündən sonra narkotik vasitənin təsiri altına düşüb. Heç nəyi xatırlamır. O belə adam deyil, mənim qarşımda ağlamağa başladı”, - Krasimirova telekanlların birinin efirində belə deyib.

Qadın iddia edir ki, onun uşağı əqli cəhətdən geridə qalıb. Bu səbəbdən həb qəbul edib, lakin yaxınlarda anası dərman qəbulunu özü dayandırıb. Severin də əlavə, onun daha 5 uşağı var.

Jurnalisti öldürməkdə şübhəli bilinən oğlanın anası danışdı

Krasimirovun ekstradasiyası ilə bağlı Aşağı Saksoniya məhkəməsi oktyabrın 11-də qərar qəbul etməlidir.

Severinin anası isə oğlunun Almaniyada mühakiməsinə və burada da cəza çəkməsinə çağırır. Qadın oğlunun Bolqarıstanda öldürülə biləcəyindən ehtiyatlanır.

Xatırladaq ki, 30 yaşlı jurnalistin meyiti oktyabrın 6-da Ruse şəhərində tapılıb. Meyitdən bir metr aralıda öldürülənin əşyaları tapılıb, oradan bir az aralıda isə avtomobili dayanıbmış. Qadının öldürülməzdən əvvəl zorlandığı da məlum olub.

Viktoriya Marinova teleaparıcı və TVN-nin regional kanalının administrativ direktoru idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}