Gəncədəki partlayışda ölənlərin sayı açıqlanıb - Fotolar
Tarix: 20-11-2018 11:00 | Bölmə: Cəmiyyət
Gəncədəki partlayışda ölənlərin sayı açıqlanıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib.

Reyting.az bildirir ki, jurnalistlərə açıqlama verən nazir hadisə zamanı dağıntılar altında qalan 3 nəfərin öldüyü, 1-i isə ağır yaralandığı haqqında məlumat verib.

Gəncədəki partlayışda ölənlərin sayı açıqlanıb

"Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}