Rusiyadakı dəhşətli qəzada 6 nəfər ölüb - Foto
Tarix: 06-12-2018 11:22 | Bölmə: Cəmiyyət
Rusiyadakı dəhşətli qəzada 6 nəfər ölüb

Kubanda təcili yardım avtomobilinin də iştirakı ilə baş verən yol qəzasında 6 nəfər həlak olub.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ölənlərin ikisi uşaqdır, daha dörd nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Rusiyadakı dəhşətli qəzada 6 nəfər ölüb

Qəza zamanı təcili yardım avtomobili “Jiquli” ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmayan 18 yaşlı gəncin minik maşınını yolun qarşı zolağına çıxarması olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq