Vergilər Nazirliyi daş karxanalarına kosmosdan nəzarət edir - Açıqlama
Tarix: 25-12-2018 11:23 | Bölmə: Cəmiyyət
Vergilər Nazirliyi daş karxanalarına kosmosdan nəzarət edir

“Vergilər Nazirliyinin “Azərkosmos"la xüsusi müqaviləsi var. Biz daş karxanalarına kosmosdan nəzarət edirik”.

Reyting.az xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Sahib Ələkbərovun sözlərinə görə, "Azərkosmos"dan alınan məlumatlar hesabına karxanaların fəaliyyəti ilə bağlı məlumat əldə edilir: "Biz o kadrlara baxırıq və karxananın ərazisini, dərinliyini görə bilirik. Bəzən yola daş tökürlər. Amma bu heç də bizim hesablamamıza mane olmur".

Reyting.az




Bölməyə aid digər xəbərlər