Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb
Tarix: 18-01-2019 13:22 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 39 yaşlı Rasim Qurbanov və həyat yoldaşı, 34 yaşlı Lyudmila Qurbanova rayon kənarında yaşadıqları həyət evlərindəki meyitlərini qonşuları aşkar ediblər.

Sağlam həyat tərzi keçirən ə qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}