Təhlükəsizlik Xidməti "Lotu Quli”nin tərəfdarını saxlayıb
Tarix: 29-01-2019 16:45 | Bölmə: Cəmiyyət
Təhlükəsizlik Xidməti "Lotu Quli”nin tərəfdarını saxlayıb

Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun tərəfdarı Ukraynanın Donetsk əyalətində Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Donetsk vilayətinin polis rəisi Artyom Kisko öz feysbuk hesabında məlumat yayıb. O, Gürcüstan vətəndaşı olan şəxsin Mariupol şəhərində keçirilən ad günü məclisində saxlanıldığını, onun Ukraynaya "Lotu Quli”nin tapşırığı ilə gəldiyini bildirib.

Kisko qeyd edib ki, saxlanılan şəxs Poltavada soyğunçuluq etdiyinə görə beynəlxalq axtarışda olub və bu səbəbdən Ukraynaya başqa ad, soyadla gəlib.

Polis rəisi onu da bildirib ki, adı açıqlanmayan şəxs hazırda istintaq təcridxanasındadır.(Qafqazinfo)

Təhlükəsizlik Xidməti "Lotu Quli”nin tərəfdarını saxlayıb
Təhlükəsizlik Xidməti "Lotu Quli”nin tərəfdarını saxlayıb




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}