23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Adil İsmayılov Vəkillər Kollegiyası ilə növbəti döyüşə hazırlaşır
Tarix: 23-03-2019 21:05 | Bölmə: Cəmiyyət
 Adil İsmayılov Vəkillər Kollegiyası ilə növbəti döyüşə hazırlaşır

"Vəkilliyin problemləri həmişə məni narahat edib, bu gün də həmin problemlər aktualdır. Mənim Vəkillər Kollegiyası, onun Rəyasət Heyəti və sədri ilə heç bir şəxsi problemim yoxdur”.

Reyting.az
-ın məlumatına görə, bu sözlərin müəllifi olan vəkil Adil İsmayılov bildirib ki, onun Vəkillər Kollegiyasına, oradakı vəziyyətə qarşı çıxmağı ilk baxışdan başadüşülən deyil: “Mən Azərbaycanın ən firavan yaşayan, cəmiyyətdə sayılıb-seçilən, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə nüfuzu olan, sözün hər mənasında problemsiz, loyal, peşəkar vəkillərindən biriyəm (hər halda mən belə hesab edirəm). Üstəgəl, rəhbərliklə də “canbrat” görünürdüm, addımbaşı üzümə vurduqları, istəmədiyim halda verdikləri "Fəxri Fərman”ım da vardı”.

Adil İsmayılov bəzi suallara cavab axtararkən son illərdə paylaşdığı statuslara təkrar baxmaq və bəzilərini yenidən paylaşmaq qərarına gəldiyini yazıb:

“30 sentyabr 2016-cı ildə yazmışdım:

- Dostlar! Statuslarınızı saxlayin! Onlar diaqnoz qoymaq üçün psixiatrınıza lazım ola bilər.

Bu nəticəyə gəldim ki, özümə xas olmayan heç nə etməmişəm. Bir müddət öncə paylaşdığım statusda nə istədiyim sualına 22 sentyabr 2013-cü ildə yazdıqlarımla cavab vermişəm. Həmin yazıda bir bənd belə idi:

- Dünyanın ən ləyaqətli peşələrindən olan vəkillik peşəmdən zövq almaq istəyirəm, cəmiyyətdə qabiliyyətimə və səviyyəmə uyğun yer tutmaq və buna uyğun təminat istəyirəm.

Bundan bir müddət sonra 11 fevral 2016-cı ildə "Allah heç kimin işini, içi mən qarışıq, Azərbaycan vəkilinə salmasın. İndi başa düşürəm ki, millət niyə vəkilə müraciət etmir. Elə düz də edirsiniz, türklər demiş, imkanınız varsa yarıtmaz vəkil tutmaqdansa elə hakim tutun... ”,- yazmışdım.

Düz bir ay əvvəl paylaşdığım "Allahım, məni vəkilimdən qoru. Prokurorla, hakimlə özüm dil taparam...” ,- statusumun 360 nəfər tərəfindən bəyənilməsi vəkilliyin "nüfuzunun" əyani göstəricisidir. Barmaqla sayılacaq 5-10 həmkarımın vəkilliyin artmaqda olan nüfuzu barəsində dedikləri əksəriyyət tərəfindən istehza və rişxəndlə qarşılanır. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq Vəkillər Kollegiyasının rəhbərliyi mənim suallarıma cavab verməkdən yayınır”.

Adil İsmayılov daha sonra yazır: “Etiraf edin ki, "susmağınızın əsas səbəbi qorxudur, qalanı bəhanədir”. Hesab edirəm ki, VK-dakı problemlərin sosial şəbəkədə müzakirəsi hamımıza lazımdır. Bayramdan əvvəl VK sədrinə əlavə bir neçə sual da ünvanlamışam. Əminəm ki, bütün suallarıma cavab alacam. Bayram günlərində heç kimi narahat etmək istəmədiyim üçün bir müddət ara verməyə qərar vermişdim. İstirahət günlərindən sonra daha əzmlə və inadkarlıqla başladığım işi başa çatdıracam”.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}