Zərərçəkən Hüseyn Abdullayevin onu hədələdiyini açıqladı
Tarix: 16-04-2019 16:25 | Bölmə: Cəmiyyət
Zərərçəkən Hüseyn Abdullayevin onu hədələdiyini açıqladı

Aprelin 16-da Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az bildirir ki, prosesdə zərərçəkənlər ifadə verib.

Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov Hüseyn Abdullayevun ona hədə-qorxu gəldiyini deyib: "Hüseyn Abdullayevə məxsus obyekti kirayə götürmüşdüm. Elə oldu ki, icarə haqqı bir müddət gecikdi. Bundan sonra Hüseyn mənə Almaniyadan zəng edib, hədə-qorxu gəldi. Dedi ki, icarə haqqını ödəməsən, başına oyun açacağam. Mən də bərk qorxdum. Bu baxımdan özümü zərərçəkmiş hesab edirəm. İcarə haqqını isə sonradan ödədim".

Digər zərərçəkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyəçi işləmiş Rəcəb Rəcəbov isə Hüseyn Abdullayevdən şikayətçi olmadığını deyib.

Prosesdə Hüseyn Abdullayev zərərçəkənə sual vermək istəyib. Hakim isə onun ifadə vermədiyini əsas gətirərək, sözünü kəsib.

Proses aprelin 18-də davam etdiriləcək.

Cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci (qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq, 2018-ci il aprelin 22-də Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}