Cəsarət Valehov: “Tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə…”
Tarix: 24-05-2017 13:43 | Bölmə: Cəmiyyət


Təhsil Nazirliyi mediada və sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

Reyting.az saytının məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün "facebook” səhifəsində yazıb ki, iki il əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılmasına dair qərar qəbul edib.

O, əsas məqsədin inkişaf etmiş ölkələrdən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi, indi 34 tədris həftəsi) tədris ili müddətində müəyyən ahəng yaratmaq olduğunu qeyd edib: "Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi, hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq, daha 2 həftə çox öyrənmək istəyirik".

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}