“Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər" - İlham İsmayıl
Tarix: 18-12-2017 16:36 | Bölmə: Cəmiyyət
“Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun istintaq orqanları tərəfindən son günlər tez-tez dindirilməsi onun həbs ediləcəyinə inamı artırıb.

Sabiq nazirin Akif Çovdarovla üzləşdirildiyi də yayılan xəbərlər arasındadır. Eldar Mahmudovun ölkədən 1 milyard dolların çıxarılması barədə də sorğu-sual edildiyi iddia olunur.

Reyting.az-ın xəbərinə görə, E. Mahmudovun barəsində yayılan xəbərlər və həbs edilib-edilməyəcəyi haqqında keçmiş MTN polkovniki İlham İsmayıl ölkə.az-a açıqlama verib.

“Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər"

İ. İsmayıl deyib ki, işdən çıxarılan şəxslərin işi bacarıb-bacarmamasına, ölkəyə zərər vurub-vurmamasına baxılmır:

“İttihamlar hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır. Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudova deyilmir ki, misal üçün - sən Xankəndindən informasiyanı zamanında almamısan, Dağlıq Qarabağla bağlı hansısa işi görməmisən, əks-kəşfiyyatla bağlı lazımi addımları atmamısan. Ortalıqda ancaq pul söhbəti var. İttiham tərəfini də əsas maraqlandıran puldur.

Eldar Mahmudovun Akif Çovdarovla üzləşdirildiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır”.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlham İsmayıl qeyd edib ki, artıq bu fikrindən daşınıb:

"Hesab edirəm ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}