Xətaidəki əməliyyatda iki polis yaralanıb
Tarix: 03-03-2018 12:58 | Bölmə: Cəmiyyət
Xətaidəki əməliyyatda iki polis yaralanıb

Xətai rayonunda cinayətkarı saxlamaq üçün keçirilən əməliyyat tədbirləri zamanı 2 polis əməkdaşı yaralanıb.

Xətai RPİ-nin əməkdaşları 1989-cu il təvəllüdlü Həzili Pərviz Rövşən oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobili saxlatdırmaq istəyən zaman sonuncu avtomobili polis əməkdaşlarının idarə etdiyi "Lada” və "Nissan” markalı avtomobilə vurub. Sonra isə üzərində gəzdiridiyi cib bıçağı ilə 2 polis əməkdaşının əl nahiyyəsinə xəsarət yetirib.

Ancaq polislərin çevikliyi nəticəsində P.Həzili zərərsizləşdirilib. Onun avtomobilinə baxış keçirilən zaman oradan 1 ədəd tapança, 3 ədəd soyuq silah hesab edilən bıçaq və narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və P.Həzili şübhəli şəxs qismində həbs edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}