“Ziya Məmmədovun oğlu anti-azərbaycan qüvvələri maliyyələşdirir” - İddia
Tarix: 14-03-2018 18:07 | Bölmə: Cəmiyyət
“Ziya Məmmədovun oğlu anti-azərbaycan qüvvələri maliyyələşdirir”

"Azərbaycanda aparel ayının 11-də keçiriləcək prezident seçkiləri öncəsi Avropa və ABŞ-da yaşayan və özlərini "siyasi mühacir" sayan həmyerlilərimizi eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov maliyyələşdirir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H. Hacıyev iddia edir ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər və onların övladları bu gün Almaniya və digər Avropa ölkələrində Azərbaycan hakimiyyəti əleyhinə kampaniya aparan insanlara maddi dəstək verirlər:

“Ziya Məmmədovun oğlu anti-azərbaycan qüvvələri maliyyələşdirir”

"Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nalayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır. Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

“Ziya Məmmədovun oğlu anti-azərbaycan qüvvələri maliyyələşdirir”

H. Hacıyevin fikrincə, xaricdə Azərbaycan əleyhinə təbliğat aparan qüvvələrin ən çox tənqid etdiyi adamlardan biri də özüdür:
"Həmin qüvvələr niyə ölkə başçısı və məndən başqa namizədlər haqqında söz demirlər? Burada bəzi qüvvələrin maraqları açıq-aydın hiss olunur! Həmin insanlar Azərbaycan əleyhinə xidmət aparan eks məmurların və yaxud xarici qüvvələrin sözünü deyir. Avropada oturub, demokratiyadan danışan insan hansı ağılla başqalarını təhqir edir? Hesab edirəm ki, onlar öncə özlərinə bu sualı verməlidirlər”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}