Əflatun Amaşov ATƏT nümayəndəsinə etiraz edir
Tarix: 31-03-2018 21:59 | Bölmə: Cəmiyyət
Əflatun Amaşov ATƏT nümayəndəsinə etiraz edir

ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir ötən gün özünün “Twitter” hesabında Fransada azərbaycanlı Rahim Namazov və həyat yoldaşının güllələnməsi haqda bəyanat yayıb.

Harlem Desir bəyanatında qeyd edib:

“Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu amansız cinayəti törədənlərin və sifarişçilərin müəyyən edilib ədalətə cəlb edilməsi üçün hər şey edilməlidir”.

Harlem Desirin bəyanatına Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şərh verib.

Reyting.az-ın xəbərinə görə, Ə. Amaşov deyib ki, hər şeyin nə vaxtsa aydınlaşacağına, cinayəti törədənlərin məsuliyyətə cəlb ediləcəyinə əmindir:

"Bəs nə üçün ATƏT kimi məsul qurumun Media azadlığı üzrə nümayəndəsi olan bir şəxs tələskənlik edir, məhz indi – ölkəmizdə prezident seçkiləri ərəfəsindəki həssas məqamda jurnalistika ilə bağlılığı olmayan birinə qarşı torədilən sui-qəsdə bu sayaq önəm verir, onu mühacir jurnalist kimi təqdim edib baş verənlərdən dərin hiddət hissi keçirdiyini bildirir? Bu, təsadüfdürmü? Yoxsa nəyəsə hesablanıb? Kaş ki, təsadüf olaydı…".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}