12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
İTV-də kadr dəyişikliyi olub - Təyinatlar
Tarix: 05-06-2018 18:21 | Bölmə: Cəmiyyət
İTV-də kadr dəyişikliyi olub

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında yeni baş direktor Balakişi Qasımovun təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb.

Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun sözlərinə görə, Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib:

“İctimai Televiziya və radioda hazırda peşəkar heyət çalışır. Biz daha yaxşı televiziya və radio yayımı təmin etmək məqsədilə peşəkarlığı ilə seçilən insanlarla əməkdaşlıqda maraqlıyıq”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən etibarən fəaliyyətə başlayıb. Geniş beynəlxalq əlaqələrə malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti yüzlərlə uğurlu və miqyaslı layihəyə imza atıb. Şirkət gələcəkdə də uğurlu yerli və beynəlxalq layihələrin sayını artırmağı planlaşdırır.




Bölməyə aid digər xəbərlər
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq