Notariuslarla bağlı qərar verilib
Tarix: 13-06-2018 00:33 | Bölmə: Cəmiyyət
Notariuslarla bağlı qərar verilib

Bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edilib.

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verilib.

Məlumatda bildirilir ki, yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, notariusların yeni təyinatı ilə bağlı Ədliyyə Nazirliyində notariuslarla nazir müavini Toğrul Musayevin görüşü də keçirilib. Görüşdə işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.

Görüşdə bildirilib ki, notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqə bu günlərdə başa çatıb. Aşkarlıq şəraitində, müasir texnologiyalar tətbiq olunmaqla, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədən, o cümlədən Ədliyyə Akademiyasında icbari təlimdən uğur qazanmış namizədlərin notariat fəaliyyəti ilə məşğul olmaları üçün şəhadətnamələrin verilməsi qərara alınıb.

Eyni zamanda, fəaliyyəti qiymətləndirilməklə bəzi notariusların şəhadətnamələrinin müddəti uzadılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}