Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
Tarix: 06-07-2018 09:46 | Bölmə: Cəmiyyət
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

DİM-in xəbərinə görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, 609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}