Nazir yeni quruma direktor təyin edib
Tarix: 07-08-2018 13:55 | Bölmə: Cəmiyyət
Nazir yeni quruma direktor təyin edib

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində "Green Park Azerbaijan” MMC yaradılıb.

Yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalının, emalının, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi-texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.

MMC-ni qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.

Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli "Green Park Azerbaijan”a direktor təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}