Gəncənin yeni başçısı "İmamzadə"ni ziyarət edib - Foto
Tarix: 10-09-2018 13:21 | Bölmə: Cəmiyyət
Gəncənin yeni başçısı "İmamzadə"ni ziyarət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşura öncəsi şəhərdəki bütün məscidləri ziyarət edib.

Reyting.az
saytı Unikal.org-a istinadla xəbər verir ki, icra başçısı Məhərrəm ayının başlanması ilə əlaqədar "İmamzadə" ziyarətgah kompleksində də olub. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verib.

İcra başçısı həmçinin, “İmamzadə” ziyarətgahında 5000 nəfərə yaxın insanın ibadət edə biləcəyi mərasim zalının açarını da yenidən dindarlara təqdim edib.

Gəncənin yeni başçısı "İmamzadə"ni ziyarət edib
Niyazi Bayramov

Sabahdan etibarən “İmamzadə” ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Məhərrəmlik ayının ilk günündən sonuna qədər ziyarətgah kompleksində olan Hüseyniyyə məscidində kişilər, Zeynəbiyyə məscidində qadınlar dini ayınləri yerinə yetirəcəklər.

Bundan başqa, Niyazi Bayramov Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}