İsrail əsgərləri 3 fələstinlini öldürüb - Foto
Tarix: 28-09-2018 20:48 | Bölmə: Dünya
İsrail əsgərləri 3 fələstinlini öldürüb

İsrail əsgərləri Qəzza sərhədindəki etirazçılara atəş açıb.

Reyting.az
xəbər verir ki, İsrail əsgərlərinin Qəzza sərhədində keçirilən Böyük Qayıdış Yürüşü iştirakçılarına açdığı atəş nəticəsində 1-i uşaq olmaqla 3 fələstinli həyatını itirərkən 2-si ağır 47 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf el-Kudra açıqlamasında, Qəzzanın şərq sərhədində fərqli nöqtələrdə keçirilən aksiyalara müdaxilə edən İsrail əsgərlərinin 18 yaşlı fələstinli gənc İyad Halil eş-Şairin və 14 yaşlı uşaq Məhəmməd Nayif el-Havm ilə hələ ki şəxsiyyəti müəyyən edilməyən bir gənci gülləylə öldürdüyünü, 2-si ağır 47 nəfəri yaraladığını bildirib.

Fələstinlilər martın 30-dan bu yana blokada altındakı Qəzza Zolağının İsrail sərhədində Böyük Qayıdış Yürüşü adı altında dinc mitinqlər keçirir.

İsrail əsgərləri 3 fələstinlini öldürüb




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}