Məsud Bərzani qayıtdı
Tarix: 25-10-2018 18:54 | Bölmə: Dünya
Məsud Bərzani qayıtdı

Keçənilki müstəqillik referendumunun ardından İraq Kürdüstan Regional Hökumətin rəhbərlik edən Məsud Bərzani, həm İraq, həm də bu hökumətə keçirilən seçkilərdən ən mühüm siyasi aktyorlardan biri kimi çıxıb.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, İraq Kürdüstan Regional Hökuməti sentyabrın 30-da keçirilən yerli seçkilərdə Məsud Bərzaninin (72) liderliyində Kürdüstan Demokratik Partiyası (KDP) ən güclü partiya olub.

111 yerlik İraq Kürdüstan Regional Hökuməti parlamentində 45 yer sahibi olan KDP, nəzəriyyədə rəqib Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) dəstəyi olmadan 11 nəfərlik kontingenti olan türkmən, xristian və ermənilərin dəstəyilə hökuməti quracaq əksəriyyətə sahibdir.

İraq Kürdüstan Regional Hökumətinə seçkilərdə KVİ 21 kreslo sahibi olub. Goranın (Dəyişiklik) səsləri yarı yarıya azalıb 12-yə düşərkən müxaliflərin qurduğu Yeni Nəsil səkkiz üzv çıxara bilib.

Bərzani may ayında İraqda keçirilən seçkilərdə də İraq federal parlamentinə 25 üzv göndərmişdi. Bir çox kiçik siyasi partiyanın olması, partiyaların bloklar şəklində seçkilərə qatıldığı İraqda KDP təkbaşına sandıqdan ən güclü çıxan partiya olmuşdu. İraqda hakimiyyət bölgüsünə görə simvolik bir vəzifəsi olan prezident K\kürdlərə buraxılır. Bu çərçivədə ötən günlərdə keçirilən seçkilərdə İraq Kürdüstan Regional Hökumətindən olan Berham Saleh İraqın yeni prezidenti seçilmişdi. Ancaq KDP-nin İraqda hökuməti qurma danışıqları davam edərkən hökumətdə önəmli nazirliklər üçün bazarlıq edə biləcək gücdə olduğuna işarə edilir.

Fransız xəbər agentliyi AFP-ə danışan türkdilli Paris İctimai Elmlərdə, Gələcək Tədqiqatlar Fakültəsindən tədqiqatçı Adil Bakavan deyib: "Bərzani kürd siyasətinin ağır yükü oldu, Bağdadda o olmadan heç kəs bir şey edə bilməz".

Bakavana görə, Bərzani, noyabr ayında qurulması gözlənilən hökumətdə baş nazir müavini, xarici işlər və maliyyə nazirliyi kimi kresloları istəyə bilər.

Məsud Bərzani ötən sentyabrın 30-da beynəlxalq təzyiqlərə baxmayaraq İraq Kürdüstan Regional Hökumətinə birtərəfli olaraq müstəqillik referendumuna getmişdi. İraq federal ordusunun bu hökumətə doğru hərəkətə keçməsinin ardından Peşmerge, terror təşkilatı İraq-Şam İslam Dövləti ilə mübarizə edərkən ələ keçirdiyi torpaqlardan başda Kərkük olmaqla geri çəkilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}