Tatarıstanda terrora hazırlaşan yaraqlılar saxlanılıb
Tarix: 30-10-2018 12:17 | Bölmə: Dünya
Tatarıstanda terrora hazırlaşan yaraqlılar saxlanılıb

Federal Təhlükəsizlik Xidməti Tatarıstanda İraq-Şam İslam Dövlti (İŞİD) ilə bağlı olan gizli terrorçu özəyini ifşa edib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Naberejnı Çelnıda qrup iştirakçılarından biri silah götürürkən iş başında yaxalanıb. Eyni zamanda qrupun daha 6 üzvü və onların təsir dairəsinə düşən 11 nəfər saxlanılıb.

Axtarış zamanı onlardan odlu silahlar, sursat, ekstremist ədəbiyyat və İŞİD-in simvolları götürülüb.

Məlumatda qeyd edilir ki, qrupun üzvləri bir sıra səs-küylü terror aktları həyata keçirəndən sonra Suriyadakı yaraqlılara qoşulmağı planlaşdırıblar.

Qrupun lideri Naberejnı Çelnı sakin olub, o, əvvəllər İŞİD ideyalarını təbliğ etdiyinə görə azadlıqdan məhrum edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}