17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
İranda iqtisadiyyatı sarsıtmaqda ittiham olunanlar edam edilib
Tarix: 14-11-2018 18:02 | Bölmə: Dünya
İranda iqtisadiyyatı sarsıtmaqda ittiham olunanlar edam edilib

İran hakimiyyətinin xarici valyuta və qızıl pullarla fırıldaqçılıqda ittiham etdiyi iki nəfər asılaraq edam edilib.

Reyting.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, “sikkə sultanı” kimi tanınan Vahid Məzlumin və onun yardımçısı Məhəmməd Qazəmi barəsində İslam inqilab məhkəməsinin qərarı ilə oktyabr ayında böyük həcmdə xarici valyuta qaçaqmalçılığı, qanunsuz əqdlərin və qızıl sikkələr vasitəsilə iqtisadiyyatı sarsıtmaqda günahkar bilinərək ölüm hökmü çıxarılıb.

İranın Fars dövlət agentliyinin məlumatına əsasən, qızıl, yaxud xarici valyuta alveri etməyə razılığı olmayan Məzlumin ölkədə bu aktivlərlə məşğul olan böyük gizli şəbəkə yaradıb.

Məzluminin göstərişi ilə onun komandası sonradan yuxarı qiymətə satmaq məqsədilə qızıl sikkələr alıb. Nəticədə o, 2 tona yaxın qısıl sikkə yığıb.

Məzlumin bu il 10 nəfərlə, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənilən ərəfədə, İran rialının sürətlə düşməyə başladığı vaxt həbs olunub.

İran hakimiyyəti bəyan edib ki, ölkə energetika, bank, avtomobil və iqtisadiyyatın digər sahələrini əhatə edəcək Amerika sanksiyalarının öhdəsindən gələ bilər. Ölkədə asayişi qorumağa çalışan hakimiyyət iqtisadiyyatı sarsıtmağa cəhd edəcək hər kəsə qarşı cidi tədbirlər görüləcəyini bəyan etmişdi.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}