Qafqazda polislə atışmada 3 nəfər öldürülüb
Tarix: 29-11-2018 20:22 | Bölmə: Dünya
Qafqazda polislə atışmada 3 nəfər öldürülüb

Kabardin-Balkarda 3 nəfər polis və Federal Təhqiqat Bürosunun əməkdaşlarına atəş açıblar.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, onların üçü də güc strukturlarının cavab atəşi nəticəsində öldürülüb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Məlumata görə, respublikanın May rayonunda VAZ-2107 markalı avtomobili yoxlamaq üçün saxlanılmasına cəhd edilib. Bu zaman sürücü və sərnişinlər avtomatdan atəş açıblar.

Güc strukturları əməkdaşları arasında yaralanın olmadığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}