Talibanın liderlərindən biri məhv edilib
Tarix: 03-12-2018 13:52 | Bölmə: Dünya
Talibanın liderlərindən biri məhv edilib

“Taliban” qruplaşmasının böyük komandirlərindən biri Abdul Manan Axund ABŞ Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, o, Pakistanla sərhəddə yerləşən Gilmənd əyalətinin cənub hissəsində yerləşən taliblərin “qubernatoru” və hərbi rəisi olub.

Region hakimiyyəti nümayəndəsinin sözlərinə görə, Mana Abdul Navzad rayonunda məhv edilib. Taliblər deyiblər ki, bu onlar üçün böyük itkidir, lakin bu onlara Əfqanıstan üzərində nəzarəti bərpa etməyə mane olmur.

Buynunla belə, Əfqanıstanın Daxili işlər nazirliyi əmindir ki, rəhbərlərdən birinin məhvi yaraqlılar arasında mənəvi ruhu zəiflədəcək.

Bu ilin noyabr ayında “Talibanın atası” hesab olunan, dini xadim Sami əl-Hak ölmüş vəziyyətdə aşkarlanmışdı.

Sentyabr ayının axırında da “Taliban”ın yüksək vəzifəli komandirlərinin birinin məhv edildiyi bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı