Mehriban Əliyeva Bakıdada yeni məktəb binasının açılışında iştirak edib - Fotolar
Tarix: 23-10-2018 18:06 | Bölmə: Gündəm
Mehriban Əliyeva Bakıdada yeni məktəb binasının açılışında iştirak edib

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

Reyting.az xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib.

Mehriban Əliyeva Bakıdada yeni məktəb binasının açılışında iştirak edib

Məktəbin direktoru Şahzadə İsgəndərova burada yaradılan şərait barədə Mehriban Əliyevaya məlumat verdi. Onun sözlərinə görə, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilib. Heydər Əliyev Fondu aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edib və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verib.

Mehriban Əliyeva Bakıdada yeni məktəb binasının açılışında iştirak edib

Birinci vitse-prezident məktəbin rəmzi açılışını bildirən lenti kəsdi və bu təhsil ocağında yaradılan şəraitlə tanış oldu.

Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır.

Mehriban Əliyeva Bakıdada yeni məktəb binasının açılışında iştirak edib

Məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}