Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
Tarix: 25-04-2024 12:39 | Bölmə: Xəbərlər
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb

Gəncədə 32 yaşlı kişi bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Reyting.az-a bildirilib ki, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs, 2003-cü il təvəllüdlü H.Haqverdiyev saxlanılıb.

"Hadisə şəxsi münasibətlər zəminində törədilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsində olub. Zərərçəkən 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}