Prezident Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsini təsdiqlədi
Tarix: 12-04-2019 15:56 | Bölmə: Gündəm
Prezident Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsini təsdiqlədi

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Reyting.az bildirir ki, mərkəzin nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Mərkəzin yenidən təşkili və ləğvi səlahiyyəti prezidentə, mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, mərkəzə müvafiq tapşırıqlar verilib.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}