İlham Əliyev nazir müavini təyin edib - Foto
Tarix: 05-02-2018 13:33 | Bölmə: Gündəm
İlham Əliyev nazir müavini təyin edib

Prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə Elmir Tofiq oğlu Vəlizadənin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Prezidentin 2 fevral 2018-ci il tarixli 3635 saylı Sərəncamı ilə Elmir Tofiq oğlu Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olub.

Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiqləyib. Sözügedən siyahıda əvvəllər nazir müavini olmuş İltimas Məmmədov yer almayıb və o, bu vəzifədən azad olunub.

İlham Əliyev nazir müavini təyin edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}