Milli Məclisin komitələrinə yeni səlahiyyət veriləcək - Dəyişiklik
Tarix: 11-12-2018 17:04 | Bölmə: Siyasət
Milli Məclisin komitələrinə yeni səlahiyyət veriləcək

Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Ailə, qadın və uşaq məsələləri komitələrinin səlahiyyəti artırılacaq.


Bu, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanuna dəyişiklikdə nəzərdə tutulur.

Qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}