12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Elmar Məmmədyarovun ifadəsi Azərbaycanın əleyhinə işləyir - Politoloq
Tarix: 18-01-2019 23:12 | Bölmə: Siyasət
Elmar Məmmədyarovun ifadəsi Azərbaycanın əleyhinə işləyir

"Görəsən, xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarıyla razılaşdırdığı "xalqları sülhə hazırlamalıyıq” bəndində nəyi nəzərdə tutub? Azərbaycan XİN-nin mətbuat katibinin açıqlamasından da nəsə anlamaq çətin idi".


Reyting.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Politoloq bildirib ki, böyük ehtimalla XİN-nin mətbuat katibi də nazir Elmar Məmmədyarovun niyə belə bəndə imza atdığını dəqiq bilmir:

"Cənab nazir bəlli səbəblərdən ancaq rus agentliklərinə müsahibə verir. Ona görə yaxın müddətdə onun bu məsələyə aydınlıq gətirəcəyini gözləmirəm. Ancaq Paris bəyanatındakı həmin ifadə artıq əleyhimizə işləməyə başlayıb. Məsələn, bəyanatdan dərhal sonra BMT Baş katibi xüsusi açıqlama verərək Azərbaycan və Ermənistan nazirlərinin "xalqları sülhə çağırışını” yüksək qiymətləndirib.

İndi gəl BMT Baş katibini inandır ki, söhbət Azərbaycan torpaqlarının azad olunmasından sonrakı "sülhdən” gedir”.

Elmar Məmmədyarovun ifadəsi Azərbaycanın əleyhinə işləyir

E. Şahinoğlu qeyd edib ki, Paris bəyanatına istinad edən xarici dairələrə görə, işğal qala-qala da "xalqları sülhə hazırlamaq” olar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}