Keçmiş deputat ölüm aclığına başlayıb - Həbsxanada
Tarix: 01-02-2019 14:11 | Bölmə: Siyasət
Keçmiş deputat ölüm aclığına başlayıb

Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev ölüm aclığına başlayıb.

Reyting.az
-ın məlumatına görə, bu haqda "Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, Hüseyn Abdullayev beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə daxil olan sorğulara doğru olmayan cavabların verilmədiyini iddia edir və buna etiraz olaraq aclıq aksiyası keçirir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov təmsil etdiyi quruma belə bir məlumat daxil olmadığını bildirib.

Hüseyn Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkilinin aclıq elan etməsi ilə bağlı sualı "mən məlumat verə bilməyəcəyəm”,- deyə cavablandırıb.

Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Ötənlərdə onun vəkili Ruhid Əkbərov açıqlamalarında demişdi ki, müvəkkilinin şikayəti yoxdur. Sabiq deputatın qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur, vəkili Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}