Fazil Mustafa: “İrana sərt cavab verilməlidir”
Tarix: 28-02-2019 10:15 | Bölmə: Siyasət
Fazil Mustafa: “İrana sərt cavab verilməlidir”

“İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər. Həmin plakatda "Qarabağ Ermənistanındır!" şüarının yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib”.

Reyting.az
xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının (BQP) başqanı, Milli Məclisin üzvü Fazil Mustafa deyib.

F. Mustafanın sözlərinə görə, İran belə plakatların qaldırılmasına icazə verməklə Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoyur: “Biz İrana qarşı sanksiyaların əleyhinə çıxdığımız halda, İranın Azərbaycana münasibətdə qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq deməliyik. Doğrudur, bu cavablar Azərbaycandakı bir çox İran sevdalıların xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər”.

BQP başqanı qeyd edib ki, biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyünü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}