Separatçı Fəxrəddin Abbasov Bakıda həbs olundu
Tarix: 01-03-2019 15:17 | Bölmə: Siyasət
Separatçı Fəxrəddin Abbasov Bakıda həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Fəxrəddin Fərman oğlu Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Reyting.az bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2018-ci il iyulun 14-dəki qərarı ilə Fəxrəddin Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbasov Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti, Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 2019-cu il fevralın 28-də Bakı şəhəri, Beynəlxalq Hava Limanında Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}