Partiyanın Ağdam təşkilatı bəyanat yaydı – Səbəb
Tarix: 31-10-2016 13:01 | Bölmə: Siyasət


 

Azərbaycan Xalq Partiyasının (AXP) Ağdam təşkilatı rayondakı korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına son qoyulması tələbi ilə bəyanat yayıb.

Reyting.az-ın məlumatına görə, təşkilatın sədri Hüseyn Behbudovun imzaladığı bəyanatda deyilir ki,

Son vaxtlar rayonun idarə, müəssisə və təşkilatlarında ictimai bəlaya çevrilmiş, dövlətçiliyimizin əsaslarını sarsıdan korrupsiya və rüşvətxorluğun güclənməsi əhalini ciddi şəkildə narahat edir:

"Mövcud vəziyyətin aradan qaldırılması üçün rayon hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsizliyi, bir çox hallarda isə hərəkətsizliyi vəziyyəti daha da ağırlaşdırır. Bütün bu hallara ictimai nəzarətin olmaması, vətəndaşlarımızın yerli-yersiz incidilməsi, baş alıb gedən süründürməçilik mövcud korrupsiya və rüşvətxorluğun daha da artmasına zəmin yaradır”.

Bəyanatda deyilir ki, idarə və təşkilatlarda vətəndaşlarla kobud davranılması, onların konstitusion hüquq və azadlıqlarının pozulması, rüşvət tələb olunması bir qrup şəxsin həddən çox varlanmasına, əhalinin böyük hissəsinin isə yoxsullaşmasına gətirib çıxarır.

Bunun ciddi ictimai-siyasi nəticələrə gətirib çıxaracağını nəzərə alaraq AXP Ağdam rayon təşkilatı yaranmış vəziyyətlə bağlı çox ciddi narahatlığını bəyan edir: "Yarnmış vəziyyətin dərhal aradan qaldırılmasını tələb edir və əhalinin narahatlığına şərait yaradan vəzifəli şəxslərin korrupsiya və rüşvətxorluq əməllərinə son qoyulmasını tələb edirik”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}