Aİ-nin nümayəndəsi: “Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir”
Tarix: 07-04-2017 10:16 | Bölmə: Siyasət


Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, görüş çox güman ki, Azərbaycanda keçiriləcək: "Hazırda ekspertlərimiz görüşə hazırlıq görür".

M.Mard Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqının mövqeyinin dəyişməz olduğunu da bildirib. O qeyd edib ki, Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir: "Biz münaqişənin həlli ilə bağlı Minsk qrupunu və onun səylərini dəstəkləyirik. Avropa İttifaqının da münaqişə ilə bağlı xüsusi nümayəndəsi Helbert Salber fəaliyyətini davam etdirir".

 





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}