Partiya sədri: “Hakimiyyətin maaş artımı siyasəti sosial ədalətsizliklə yanaşı, insan haqlarını pozur”
Tarix: 15-05-2018 11:10 | Bölmə: Siyasət
Partiya sədri: “Hakimiyyətin maaş artımı siyasəti sosial ədalətsizliklə yanaşı, insan haqlarını pozur”

“İlin əvvəlindən dövlət sektorunda çalışan vətəndaşların maaşlarının qaldırılması müşahidə olunur. Bir neçə gün əvvəl isə deputatların maaşlarının qaldırılmasının şahidi olduq. Deputatların maaşları həkim, müəllim, mühəndis və digər dövlət sektorunda çalışanların maaşlarından qat-qat yüksəkdir. Hakimiyyət deputatların maaşlarına 200 manat əlavə edib, amma həkim və müəllimlərin əməkhaqları isə 20 manat qaldırılıb. Hesab edirəm ki, bu, sosial ədalətsizliklə yanaşı, insan haqlarının pozulması və aşağılanmasıdır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Sədr Aparatının iclasındakı çıxışı zamanı deyib.

F. Əliyev sonra Azərbaycanı digər ölkələrlə müqayisə edib. “Neft olmayan ölkələrdə həkimlər - Gürcüstanda 390 dollar, Ermənistanda 300 dollar alır. Neft olan Azərbaycanda isə 205 dollar (350 manat). Müəllimlər – Gürcüstanda 320 dollar, Ermənistanda 230 dollar, Azərbaycanda 215 dollar (370 manat) alır. Budur regionun “aparıcı”, iqtisadi cəhətdən inkişaf edən ölkəsində verilən maaşlar”,- deyə ALDP sədri qeyd edib.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyilə bağlı Bakı kəndlərində, Masallıda, Biləsuvarda, Cəlilabadda və Salyanda keçirilən tədbirlər də müzakirə olunub və növbəti Bayraq aksiyalarının keçiriləcəyi ünvanlar müəyyənləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}