Azərbaycan və Ermənistanın nazirləri Nyu-Yorkda görüşəcək
Tarix: 31-07-2018 15:45 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistanın nazirləri Nyu-Yorkda görüşəcək

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:
“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır.

O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}