Angela Merkel Qarabağın işğalına görə Rusiyanı ittiham edir
Tarix: 15-09-2018 12:49 | Bölmə: Siyasət
Angela Merkel Qarabağın işğalına görə Rusiyanı ittiham edir

Almaniya federal kansleri Angela Merkel Rusiyanı bir çox keçmiş sovet respublikalarında vəziyyətin destablizasiyasında günahlandırıb.

Reyting.az
saytı Virtualaz.org istinadla xəbər verir ki, kansler bu haqda Litvada dislokasiya olunmuş alman hərbçilərinin qarşısında çıxışı zamanı danışıb.

Merkel bildirib ki, Rusiya Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda vəziyyəti destablizə edir. “Biz görürük ki, mahiyyətcə Avropa İttifaqının və NATO-nun tərkibinə daxil olmayan bütün keçmiş sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə qarşılaşıblar”,- Almaniya hökumətinin başçısı belə deyib.

Angela Merkel Qarabağın işğalına görə Rusiyanı ittiham edir

Merkel əlavə edib ki, bu gün bütün həmin dövlətlər öz ərazi bütövlüklərinin bərpası uğrunda mübarizə aparmaqla məşğuldur (hərçənd Almaniya kanslerinin bu sözlərinin Azərbaycan ərazilərinin işğalı hesabına öz ərazilərini genişləndirməyə can atan Ermənistana aid olması istisnadır-red.), çünki Rusiya onların ərazilərinin bir hissəsini ya ayırıb, ya da orada etnik münaqişə alovlandırıb.

Angela Merkel Qarabağın işğalına görə Rusiyanı ittiham edir

Angela Merkel Litvaya səfər edərək üç Baltik respublikasının rəhbərləri ilə görüşüb. O bildirib ki, Litvada Rusiyanın apardığı hibrid müharibəyə qarşı yerləşdirilmiş NATO missiyası çərçivəsində 450 alman hərbçisi xidmət edir. Merkelin sözlərinə görə, Bundesverin Litvada yerləşdirilmiş batalyonu Baltik ölkələri ilə Almaniyanın sıx münasibətlərinin simvoludur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}