Putin prezident postundan getməyə hazırlaşmır
Tarix: 17-09-2018 12:10 | Bölmə: Siyasət
Putin prezident postundan getməyə hazırlaşmır

Rusiya prezidenti Vladimir Putin çinli biznesmen, Alibaba korporasiyasının rəhbəri Cek Maya pensiyaya çıxmağa hazırlaşmadığını deyib.

Reyting.az
Rusiya mediasına istinadən bildirir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rusiya 1” televiziya kanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində söyləyib.

Putinin “Şərq iqtisadi forumu” çərçivəsində iş adamı ilə görüşündən bəhs edən Peskov qeyd edib ki, Putin çinli biznesmenin həqiqətənmi pensiyaya çıxmağı planlaşdırdığını soruşub.

“Bütün dünya Cek Monun pensiyaya hazırlaşdığı haqda informasiyanı müzakirə edib. Əlbəttə, Putin Cek Maya, cavan adama müraciət edərək soruşub:

“Siz pensiyaya hazırlaşırsınız? Siz bu enerji ilə necə pensiyaya çıxa bilərsiniz?”, - Peskov prezidentin fikirlərini çatdırıb. – Bunu 65 yaşı olan prezident deyir. O, Cek Maya söyləyib:

“Mən heç yerə hazırlaşmıram, mənim belə niyyətim yoxdur”.

Vladimir Putinin Rusiya və xarici işgüzar dairələrin nümayəndələri ilə görüşü sentyabrın 11-də “Şərq iqtisadi forumu” çərçivəsində baş tutub.

Bundan əvvəl “The New York Times” Cek Manın sentyabrın 10-da, 54 yaşı tamam olan gün pensiyaya çıxacağı haqda xəbər verib.

Ma 2013-cü ildə Alibabanın icraçı direktoru postundan getsə də, indiyədək onun siması kimi qalır. Bütün səlahiyyətlərin hazırkı baş direktor Deniel Çjanquya keçəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}