23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sabiq nazir yenidən xəstəxanaya yerləşdirilib
Tarix: 18-11-2018 09:53 | Bölmə: Cəmiyyət
Sabiq nazir yenidən xəstəxanaya yerləşdirilib

Uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə olunan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-sı Azərbaycana qayıdıb.

Reyting.az
xəbər verir ki, F. Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilib.

Modern.az-ın Gəncədəki mənbədən əldə etdiyi məlumata görə, sabiq nazir qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarətində olacaq.

Bildirilir ki, Türkiyədəki həkimlər F. Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.

Məlumata görə, yaşaması üçün F. Məmmədova spirtli içki qadağası da qoyulub.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}