00:01 / 11-05-2024
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - Fotolar
22:33 / 10-05-2024
Güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
22:04 / 10-05-2024
Qulu Ağsəs olmaq... - Vəfa İsgəndərli yazır
21:52 / 10-05-2024
BMT Baş Assambleyası Fələstinlə bağlı qətnamə qəbul edib
21:47 / 10-05-2024
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
21:32 / 10-05-2024
İlham Əliyev Turşsu qəsəbəsinin təməlini qoyub - Fotolar
19:13 / 10-05-2024
Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşüb
19:07 / 10-05-2024
Ukrayna daha dörd yaşayış məntəqəsini itirib
18:46 / 10-05-2024
Məşhur aktrisa Hollivud ulduzu ilə eyni filmə çəkilmək istəyir
18:24 / 10-05-2024
Ukraynaya tezliklə “F-16” qırıcıları gətiriləcək
18:00 / 10-05-2024
Prezident İlham Əliyev Qarabağda - Çıxışın tam mətni (Yenilənir)
17:40 / 10-05-2024
Bakıda külək güclənəcək - Xəbərdarlıq
17:32 / 10-05-2024
Mişustin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqlənib
17:23 / 10-05-2024
Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb
17:10 / 10-05-2024
Baş İdarə rəisi vəzifədən azad edilib
17:02 / 10-05-2024
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
16:21 / 10-05-2024
Prezident Füzulidə Köndələnçay su anbarları kompleksini işə salıb - Fotolar
15:22 / 10-05-2024
Agentlikdə yeni təyinat olub
14:58 / 10-05-2024
Deputat: "Partiya kimi namizəd görəcəksə, o, seçkiyə gedəcək"
14:36 / 10-05-2024
Kolleclərə qeydiyyat başlayıb
14:17 / 10-05-2024
AFFA daha bir klubu cəzalandırıb
14:11 / 10-05-2024
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
13:42 / 10-05-2024
Ermənistan hökuməti arxiyepiskopu cəzalandırmaq istəyir
13:35 / 10-05-2024
Türkiyə ordusu daha 17 terrorçunu zərərsizləşdirib
13:35 / 10-05-2024
“Magura” Rusiya donanmasına 500 milyon dollar ziyan vurub
13:30 / 10-05-2024
MSK sədri: "Parlament seçkilərinə hazırlıq davam edir"
13:18 / 10-05-2024
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
13:02 / 10-05-2024
Putin baş nazir postuna Mişustinin namizədliyini irəli sürüb
12:53 / 10-05-2024
ABŞ prezidentinə qarşı impiçment məsələsi gündəmə gəlib
12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
23:16 / 06-05-2024
Poeziya müsabiqəsinin ilkin seçimi bəlli olub - Siyahı
14:43 / 07-05-2024
Şəhidlərlə vida mərasimi keçirilir - (Yenilənib) - Fotolar
14:12 / 06-05-2024
Amerikanın Azərbaycandakı səfiri Şuşaya səfər edib - Fotolar (Yenilənib)
00:02 / 07-05-2024
Rusiyalı reperi Moldovaya buraxmayıblar
08:32 / 06-05-2024
Məşhur müğənninin konsertinə 1,6 milyon tamaşaçı gəlib
12:17 / 06-05-2024
Elçin Quliyev Britaniya kralına rəsm əsəri hədiyyə edib - Fotolar
16:30 / 08-05-2024
Dönərdən kütləvi zəhərlənmə olub - (Yenilənib)
12:07 / 06-05-2024
Region Liqasının yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
17:11 / 06-05-2024
Keçmiş səfirin Ramiz Mehdiyevə gizli məktubu yayılıb: sensasiyalı iddialar və... - Tam mətn
09:41 / 07-05-2024
“Xeyir xəbər” gözləyin - Fotolar
22:18 / 06-05-2024
Əliyev və Paşinyan Moskvada keçiriləcək paradda iştirak etməyəcəklər
Siyasi şərhçi: Qarabağla bağlı təslimçi sülhün detalları konkretləşir
Tarix: 22-08-2017 13:17 | Bölmə: Siyasət
Bir müddət əvvəl Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılmasının Azərbaycan-Rusiya siyasi münasibətlərinə təsirləri, bu sazişdən sonra Qarabağ məsələsində gözlənilən durumdan bəhs edən yazısının ardınca, siyasi şərhçi Nəsimi Məmmədli yeni bir yazısını oxucalarına təqdim edib.
Nəsimi Məmmədli yazır ki, ölkəmizin hazırkı sosial-siyasi durumu, habelə gələcəyə yönəlik daxili və xarici siyasəti heç bir ümidverici proqnozlarla təsəlli edilə bilməz:
İndiyədək aparılan siyasət faktiki olaraq dövlətimizi olduqca əlverişsiz və zəif hala salıb. Öz vətəndaşlarından başqa heç kəsə güc göstərmək imkanı qalmayan hökumətin indi xarici təzyiqlər qarşısında müqavimət imkanları da xeyli tükənib və dövlət üçün real təhlükələr artmaqdadır. Xüsusilə də qlobal siyasi güclər arasında artan ziddiyyətlər ölkəmizi çətin dilemma qarşısında qoyur.
Azərbaycanın zəiflədiyi dönəmlərdə məkrli düşmənlərimiz havadarlarının dəstəyi ilə bundan maksimum faydalanmağa cəhd edib və təəssüf ki çox zaman bu cəhdlərini reallaşdıra biliblər. Yenə də erməni siyasi dairələrində belə bir qənaət yaranıb ki, Azərbaycan hökumətini ciddi güzəştlərə məcbur etmək üçün fürsət yaranmaqdadır.
Son dövrlər hüquq-mühafizə orqanlarının birgə bəyanatında səslənən “orduda casusluq” iddiaları ilə bağlı müzakirələr də göstərir ki, istər Rusiyanın, istərsə də Ermənistanın Azərbaycanın real durumu ilə bağlı ən konfidensial bilgilərə çatmaq imkanları olub. Rusiya və Ermənistan siyasi dairələrindən gələn açıqlamalar göstərir ki, onlar dövlətimizin zəifləməsinin dərinləşdiyi andan etibarən, paralel olaraq Qarabağla və Avrasiya İttifaqı ilə bağlı hərbi-siyasi təzyiqləri daha da artıracaqlar. Yaxın bir neçə il ərzində Azərbaycan hökumətinin daxili siyasəti nəticəsində cəmiyyətin güzəştə, təslimçi təkliflərə ən az müqavimət göstərəcəyi məqamın yetişəcəyini hesablayırlar.
Çağdaş beynəlxalq siyasi konyuktura tədricən Rusiyanın əleyhinə inkişaf etdiyi üçün Rusiya tez bir zamanda sərhədlərinə yaxın ölkələrdə öz təhlükəsizliyi üçün daha konkret qarantiyaya can atır. Azərbaycan faktiki olaraq Rusiyanın siyası orbitində olsa da, bu durum sürüşkəndir və indi Rusiyanı qane etmir. İsrarla Azərbaycanı da rəsmi şəkildə öz çətiri altına çəkməklə həm RF daxilində, həm də xaricində müvəqqəti üstünlük əldə etməyə, sanksiyaların psixoloji təsirlərini qismən azaltmağa ümid edir.
Qərb isə artıq heç bir strateji siyasi məsələni Azərbaycan hökumətindən israrla tələb etmir. Bir tərəfdən Rusiyanın aqressiv yanaşmalarına bəhanə verməmək üçün hələlik regionda öz siyasətini passiv fazaya keçirib, digər tərəfdən isə Azərbaycan hökumətinin apardığı siyasətə görə ölkəmizin qərb üçün cazibəsi də xeyli azalıb. Hətta müəyyən diplomatik qaynaqlardan sızan bilgilərə görə, qərb dairələri siyasi həbslər, söz, ifadə, siyasi və digər azadlıqların kobud şəkildə boğulmasına öncəki reaksiyasını da ertələyib. Artıq qərb standartlarının kiməsə zorla qəbul etdirilməsi siyasətindən əsasən imtina edilib. Əgər könüllü şəkildə bu standartları qəbul edirsənsə, buyur gəl, etmirsənsə, özün bilərsən.
Faktiki olaraq ölkəmiz güclü qərb müttəfiqlərinin dəstəyindən məhrum olmağa doğru addımladıqca, Qarabağla bağlı təslimçi sülhün detalları da konkretləşir. İndi Rusiya çətin sosial-iqtisadi durumla üzləşən, Qarabağla bağlı heç bir konsepsiyası olmayan Azərbaycan hökumətinə elə bir təklif verməlidir ki, o, həm öz cəmiyyətində güclü görünsün, həm də Qarabağla bağlı güzəştləri qəbul etməyə məcbur olsun. Hətta Ermənistanın guya Rusiyadan qərbə doğru üz çevirməsi görüntüsü ilə Azərbaycan cəmiyyətini rahatlatmaq və hökumətin arqumentlərini gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışmalar var. İstər Ermənistanın NATO təlimlərində iştirakı, istər KTMT-dən çıxmaqla bağlı səslənən bəyanatlar, istərsə də qərblə və İsraillə aparılan fəal diplomatiyanın arxasında Azərbaycanı Rusiyaya daha sıx bağlamaq üçün müəyyən gedişlər hazırlanır.
Rusiya və Ermənistan ittifaqı indiki geosiyasi şəraitdə Azərbaycan hökumətinin siyasi səhnədən tam atılacaq hala gəlib çatmasından heç nə qazanmadıqlarını yaxşı anlayır və bu situasiyanın dərinləşməsində maraqlı deyillər. İstənilən yeni hökumət dəyişikliyi bu cütlüyə yeni situasiya və həlli çətin əlavə problemlər yarada bilər. Bütün siyasi məsələləri, xüsusilə də Qarabağ məsələsini tamamilə öz inhisarına almağı bacarmış bir iqtidardan istənilən güzəştləri almaq daha asan olduğundan, onun davam etməsinə bütün vasitələrlə yardımçı olmağa çalışırlar. Rusiyaya müttəfiqsiz və zəif Azərbaycanı öz birliyində görmək, Ermənistana isə Qarabağa sahib olmaq üçün Azərbaycan dövləti adından imzalanan təminatlı sülh müqaviləsi lazımdır. Ermənistan anlayır ki, danışıqlar sonsuza qədər uzana bilməz və bir gün müharibə yenidən alovlana bilər. Rusiyanın üzləşdiyi situasiyanı da təhlil edən erməni dairələri anlayır ki, gələcəkdə Rusiyanın hərbi-siyasi dəstəyi öz həlledici əhəmiyyətini itirə bilər. Odur ki, rəqiblər indi ən sərfəli variantları məhz bu əlverişli zamanda dəyərləndirməyə çalışırlar.
Ermənistan anlayır ki, indiyədək beynəlxalq hüquqa məhəl qoymadan işğalı davam etdirsə də, bir gün bu ərazilərdən çəkilməlidir. Qarabağ ətrafındakı ərazilərin işğalda qalması artıq Rusiya üçün də baş ağrısına çevrilib. Hətta Rusiyanın ölkəmizlə bağlı bir sıra strateji planları məhz bu işğal faktına görə öz həllini tapa bilmir. Rusiya müəyyən əraziləri Azərbaycana qaytarmaqla daha böyük uduş əldə edəcəyini düşünür. Azərbaycanda Rusiyanın strateji birliklərinə qoşulmaq istiqamətində müsbət ictimai rəyin formalaşması, “xilaskar və böyük qardaş” təbliğatına yenidən ciddi zəmin yaradılması, qərbin regiona təsirlərinin tamamilə zəiflədilməsi, habelə aktiv münaqişəni önləməklə regionda söz sahibi kimi uzunmüddətli qalmağa təminat qazanmağı hədəfləyir.
Rusiyanın regionda möhkəmlənməsi İranın da maraqlarına cavab verir. Hazırda Rusiya və Ermənistan faktiki olaraq işğalın uzanmasından heç nə əldə bilmirlər.
İndi yeganə problem “Dağlıq Qarabağ”ın statusu ilə bağlıdır. Erməni tərəfi “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi tanınması müqabilində sülhə razıdır. Ən pis halda isə “Dağlıq Qarabağ”ın müəyyən müddətdən sonra referendumla müstəqil dövlət olması yolunda ciddi beynəlxalq təminat almadan işğal etdiyi ərazilərdən çəkilmək niyyətində deyil. Azərbaycan ona ərazi bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan etsə də, bu, erməniləri qane etmir. Erməni tərəfi öz üstünlüyünü yalnız Azərbaycanın güzəştlərinə dəyişmək niyyətindədir. Rusiyanın müəyyən etdiyi səddi aşaraq Azərbaycan hökumətinin hərbi əməliyyatlar aparmaq iradəsinin olmaması da onları xeyli arxayınlaşdırıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri “Dağlıq Qarabağ”ın yekun statusu ilə bağlı hər iki tərəfi qane edən yekun sənədi ortaya qoya bilmədikləri üçün, bir tərəfdən “öz müqəddəratını təyinetmə”, digər tərəfdən isə “ərazi bütövlüyü” prinsipinin arasında silahlı qüvvələrdən istifadə etmədən yeni kompromis variant hazırlayıblar. Bu varianta əsasən “Dağlıq Qarabağ”a təhlükəsizlik və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi, “Dağlıq Qarabağ”ın ətraf ərazilərinin (5 rayon Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndinin) Azərbaycanın nəzarətinə qaytarılması, “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən dəhlizin tanınması, iradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququna təminat verilməsi, sülhməramlı qüvvələrin daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin yaradılmasından ibarətdir.
Faktiki olaraq bu variantda Kəlbəcər və Laçının taleyi qeyri-müəyyən olaraq qalır, habelə Qarabağın zamanla hüquqi baxımdan itirilməsi reallaşa bilər. Yanlış olaraq problemi tamamilə öz inhisarında saxlayan Azərbaycan hökumətinin bu plana yetərli müqavimət göstərməyə siyasi iradəsi çatacaqmı? Bunu birmənalı demək çətindir. Yubanmadan cəmiyyətin bütün fəal kəsiminin iştirakı ilə Qarabağla bağlı ardıcıl və sistemli müzakirələrə başlamaq, habelə vahid siyasi-hərbi mövqe ortaya qoymaq vacibdir. Qarabağ məsələsində heç kim yaxasını kənara çəkməməli, əgər imkanı yalnız bir kəlmə söz söyləməyə çatırsa, onu mütləq deməlidir.
Bölməyə aid digər xəbərlər

Dünən, 19:13
Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşüb
Dünən, 13:18
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
Dünən, 10:30
YAP parlament seçkilərinə hazırlaşır
Dünən, 09:27
Macarıstan və Çin vahid mövqedən çıxış edirlər
9-05-2024, 21:53
Kilsə və müxalifət Paşinyana güc göstərir
9-05-2024, 00:01
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
8-05-2024, 11:26
Milli Məclis özünü nə vaxt buraxacaq? - İddia
8-05-2024, 09:52
Elçin Əmirbəyov: “COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirin..."
8-05-2024, 08:00
Putin Aİİ-nin yubiley sammitinə qatılacaq
7-05-2024, 20:17
İşçi Qrupun yeddinci iclası keçirilib - Fotolar
7-05-2024, 18:10
Putin əsas diqqətini Ukrayna ilə müharibəyə yönəldəcək
7-05-2024, 17:52
Paşinyan: “Bütün ermənilərin katolikosu Ermənistanda siyasi hərəkata rəhbərlik edir”
7-05-2024, 17:46
Ukrayna prezidentini və digər rəhbər şəxsləri öldürmək istəyən polkovniklər ələ keçib
7-05-2024, 14:49
Paşinyan: "Noyabra qədər sülh sazişi imzalamağa hazırıq"
7-05-2024, 14:43
Şəhidlərlə vida mərasimi keçirilir - (Yenilənib) - Fotolar
7-05-2024, 10:42
İranla bağlı problemin diplomatik yolla həllinə çalışacaqlar
6-05-2024, 18:05
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
6-05-2024, 17:43
Mirzoyan: “...bundan sonra yekun nizamlanmaya yaxınlaşacağıq”
6-05-2024, 17:11
Keçmiş səfirin Ramiz Mehdiyevə gizli məktubu yayılıb: sensasiyalı iddialar və... - Tam mətn
6-05-2024, 16:44
Ermənistanda gərginlik yaratmaq istəyirlər
6-05-2024, 15:40
Parlament sədri jurnalistləri döymək istəyir
6-05-2024, 10:20
Qubad İbadoğluya elektron qolbaq taxılıb
6-05-2024, 10:09
Sabiq nazir: "Vəzifəyə qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox" - Video
6-05-2024, 08:09
Rusiya Zelenskinin “Sülh formulu”nu tanımır
5-05-2024, 22:54
Qəzzada yeni müharibələr ola bilər - Nazir
5-05-2024, 18:22
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
4-05-2024, 17:51
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
4-05-2024, 17:17
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
4-05-2024, 14:17
Siyarto: “NATO Rusiya-Ukrayna savaşında qırmızı xətti keçməməlidir”
3-05-2024, 17:51
Təhlükəsizlik Xidməti Paşinyanla bağlı araşdırma aparacaq
3-05-2024, 16:36
Tatarıstana genişmiqyaslı kiberhücum başlayıb
3-05-2024, 16:00
XİN Böyük Britaniya səfirinə cavab verib
3-05-2024, 13:29
Azərbaycanla İran arasında hərbi əməkdaşlıq müzakirə olunub
3-05-2024, 12:24
Müdafiə Nazirliyinin xidmət rəisi həbs olunub
3-05-2024, 08:17
Konqresmen: “ABŞ Moskva ilə danışıqlara inad göstərməlidir”
3-05-2024, 00:05
Avropa Komissiyasının rəsmisi Bakıda Hikmət Hacıyevlə görüşüb
2-05-2024, 17:50
Ceyhun Bayramov Rusiya xüsusi nümayəndəsi ilə görüşüb
2-05-2024, 16:33
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
2-05-2024, 15:16
Dini liderlər Şuşa Bəyannaməsi qəbul edib